“Nə vaxta kimi qadınları beldən aşağı, namus və qeyrətlə əzəcəklər?”

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

“Qadınlara qarşı bu münasibət nə vaxt dəyişəcək? Niyə kişilər hər istədiyini edəndə fahişə olmur, qadının kiminləsə münasibəti olanda, şəkilləri yayılanda həyatı məhv olur?”.

Məcra.az bildirir ki, bu sözləri sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb.

O həm də qeyd edib: “Bu, nə düşüncədir? Nə vaxta kimi qadınlar susacaq, başını aşağı salacaq, istəklərin deməkdən çəkinəcək? Kişilər özlərini qadınlardan üstün hesab edəcək, qadınlar bəyənilmək üçün dəridən qabıqdan çıxacaq, yaşlananda qadınları gənclərlə əvəzləyəcək qoca kişilər? Nə vaxtacan ǝrdə olmaq prioritet hesab olunacaq?

Nə vaxta kimi qadınları beldən aşağı, namus və qeyrətlə əzəcəklər? Belə cəmiyyət kimə xeyir gətirir? Hamı kompleksli, hamı travmalı, psixiatrik xəstəxanadayıq sanki. İnsanlar o qədər cılızlaşır ki…”. (Qlobal.net)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt