“Demək olar ki, efir çox vaxt mənimlə başlayıb”-Rövşanə Ağasəfqızı

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Xəbər verdiyimiz kimi məşhur aparıcı Rövşanə Ağasəfqızı “Space” kanalında “Səhər” proqramıyla tamaşaçılarını salamlayacaq. 

Məcra.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında Rövşanə Ağasəfqızı bu gün cəmiyyəti narahat edən mövzuları aparıcısı olduğu verilişdə müzakirəyə çıxaracağını bildirib:

“Space” kanalında həftəiçi hər gün “Səhər” proqramında olacam. Əvvəlcə yeddi və sonra isə beş gün veriliş yayımlanacaq. Bununla yanaşı, səhər komandasına da rəhbərlik edəcəm. Yəni keçmiş, bildiyiniz əvvəlki “Səhər” proqramı mənim təqdimatımda efirə gedəcək. “Space” kanalında təxminən 10 il “Sabah” proqramı aparmışdım. Ümumiyyətlə, deyəsən mənim taleyimə səhər proqramlarının aparıcısı olmaq yazılıb. Digər qonşu kanallarda da əsasən səhər proqramlarının aparıcısı olmuşam. Demək olar ki, efir çox vaxt mənimlə başlayıb. İlk olaraq mən tamaşaçını salamlamışam. Aktual, gündəm, mədəniyyət, ədəbiyyat, incəsənət istiqamətində daha çox verilişlər hazırlayacağıq. Veriliş bütünlüklə əyləncədən ibarət olmayacaq. Daha çox gündəmin nəbzini tutmağa çalışacağıq”-deyə aparıcı bildirib.

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt