Tanınmış aparıcı Turan İbrahimov bir müddət əvvəl işə başladığı “Space” kanalından getdiyini bildirib.
Məcra.az Adalet.az-a istinadən xəbər verir ki, bu haqda Turan İbrahimov özünün feyzbuk səhifəsində məlumat verib. O, kanaldan getməsiylə bağlı bunları deyib:
“İki həftə əvvəl verdiyim qərardı. “Space” TV-dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verilişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olamayan verilişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram deyə”-aparıcı bildirib.
Qeyd edək ki, Turan İbrahimov “Space”in bir müddət öncə işdən azad olunan direktoru Müşfiq Hətəmovun vaxtında kanalda işə başlamışdı.
Vasif Əlihüseyn