“Sənə qurban olum, qəbir dərindi”-Gülbala Teymurun şeiri

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Məcra.az tanınmış şair Gülbala Teymurun yeni şeirini təqdim edir:

 

Pozduq gərdişini torpağın, yerin,

Göylərə bəllidir nə işlər gedir.

Altında partlayış, silkələnmələr,

Üstündə kəsilməz döyüşlər gedir.

 

 

Dərdimiz həkimlik, mollalıq deyil,

Qalmışıq şeytanlar əlində naçar.

Bağlanıb qapılar haqdan elə bil,

Atılıb ən dərin quyuya açar.

 

 

Sənə qurban olum, qəbir dərindi,

Bizə bir yol göstər gələk yanına.

Verdiyin ağıllar işləmir indi,

Təzə ağıl göndər adamlarına.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt