Tanınmış şair Əlirza Həsrət qardaş Türkiyədə baş verən zəlzəylə bağlı şeir yazıb. Məcra.az həmin şeirləri təqdim edir:
QANLA YAZDIM BU ŞEİRİ,ARKADAŞ
Can,Türkiyəm,gəldik sənin hayına,
Şax dayanmaq yaraşıqdır boyuna.
Söz tapmadıq,ad verək bu oyuna,
Dilə-dişə saldı bu qübarı ah.
Nələr var bu zəlzələnin qəsdində,
Dərdi birdir düşmənin də,dostun da.
Hamı yanır bir ocağın üstündə,
Yarı küldür,yarı tüstü,yarı ah.
Gərdişindən bəlkə zaman utanıb,
Gün üzünə çıxmağa dan utanıb.
Körpələrin göz yaşından utanıb,-
Qoy sahmana salsın Göyü,Yeri ah.
Zəlzələdən vallah,adam açmır baş,
Tükənməyən dəryadır hər gözdə yaş.
Qanla yazdım bu şeiri,arkadaş,-
Hər kəlmədən,hər misradan biri ah.
“””””:::::::””””:::
ZƏLZƏLƏ
Hər yan döngə olub eh, dalan olub,
Yol-cığır bağlanıb,el talan olub.
Bilinmir nə doğru,nə yalan olub,
Dünya görməmişdi belə zəlzələ.
Olum da,ölüm də bax,üz-üzədi,
Burda sağ qalmaq da bir möcüzədi.
Dünyanı dağılmış evlər bəzədi,
Verdi nə vardısa,yelə zəlzələ.
Bir olub doğma da,yad da naşı da,
Yucasız qoymasın tanrı quşu da.
Bu necə oyundur,dilsiz daşı da,-
Sızladıb gətirir dilə,zəlzələ.
Donur damarında adamın qanı,
Dinə gəl,zikr elə,allahı tanı!
Görün kimin ahı tutub dünyanı,-
Çıxarıb hamını çölə zəlzələ?!