Yerkökünün bilmədiyimiz 5 əsas faydası

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Yerkökü tərkibində A vitamini olmaqla K, C, B, B6 və E kimi vacib vitaminləri ehtiva etdiyi üçün orqanizmin faydalı tərəvəz hesab edilir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kökün insan sağlamlığına bir çox faydaları var.

1. İmmunitet sistemi

A vitamini immunitet sistemini gücləndirmək üçün vacibdir. Bunun səbəbi isə sözügedən vitaminin immuniteti gücləndirən ağ qan hüceyrələrini dəstəkləməsidir.

2. Beyin sağlamlığı

Ağ qan hüceyrələrini stimullaşdıraraq toxunulmazlığınızı artıran əsas qida maddələri, minerallar və güclü antioksidantlarla zəngin olan kök beyin sağlamlığını qoruyur, yaddaşın güclü qalmasına töhfə verir.

3. Göz sağlamlığı

Yerkökünün ən çox bilinən faydası göz sağlamlığına verdiyi töhfədir. Yaşla bağlı yaranan makula degenerasiyasının qarşısının alınmasında mühüm rol oynayır. Retinanı və linzanı qoruyaraq göz sağlamlığını yaxşılaşdırır. Gecə korluğu və görmə itkisi kimi riskləri azaldır. Elmi araşdırmalara görə, uşaqlarda korluğun əsas amillərindən biri A vitamini çatışmazlığıdır.

4. Saçların uzanmasına imkan verir

A, C vitaminləri ilə zəngin olan yerkökünün tərkibində kalium və saç sağlamlığını yaxşılaşdıra bilən antioksidantlar olduğu üçün istehlakı saçların gürləşib, gözəlləşməsinə kömək edər.

5. Dəri sağlamlığı

Yerkökünün dəri üçün faydaları beta-karoten xüsusiyyətlərindən irəli gəlir. Beta-karoten dərini günəş şüalarından qoruyur. Sızanaq, ekzema və səpgili dəri xəstəliklərinin müalicə müddətini azaldır. Tərkibindəki karotin sayəsində dəridəki yaraların və ləkələrin sağalmasına kömək edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt