“Azərbaycan etibarlı tərəfdaşdır”

XƏBƏR XƏTTİ
Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•

Prezident İlham Əliyev 3 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında bir sıra mühüm məsələlərə toxundu. Əsas məqamlardan biri odur ki, Azərbaycan qaz ixracatçısı olaraq heç vaxt bu problemlərdən siyasiləşməyə getməyib. Çünki bu elə bir layihədir ki, ondan hansısa siyasi addım üçün istifadə oluna bilər.

Prezident bəyan edib ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıb. Hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır.

Artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır.  Cənab Prezident də qeyd etdi ki, Cənub Qaz layihəsi başa çatıb. Babək yatağı, Ümid yatağı, gələcək perspektivlərlə bağlı çox ciddi açıqlamalar verdi. Hərəsinin 400 milyard, 200 milyard kubmetr ehtiyatları olduğunu və gələcəkdə Avropa, həmçinin dünyada enerji təhlükəsizliyinin qarşısının alınmasında mühüm addımlar atıla biləcəyini bildirdi.

Bundan başqa, “Azəri-çıraq-günəşli” yatağı çox mühüm potensiala malik layihədir. Bu, artıq 4 qonşu ölkə arasındakı Cənub Qaz layihəsi kimi yadda qalacaq. Azərbaycan keçən il 19 milyard kubmetr qaz ixrac edib. 8,5 milyard Türkiyə, 7 milyard İtaliya, bununla yanaşı, Gürcüstana, Yunanıstana və Bolqarıstana qaz ixracı olub. Artıq bir neçə dövlət, Avropa İttifaqının aparıcı rəhbərliyi bununla bağlı Azərbaycanla danışıqlara hazırdır və danışıqlar gedir.

Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstanhökumətləri layihədə fəal iştirak edirlər. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirən amillərdən biridir. Getdikcə iştirakçı dövlətlərin Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir. Azərbaycan öz verdiyi sözə və bağladığı müqaviləyə sona kimi sadiqdir.

Amid Mövsümov

Cəlilabad RMX PHŞ Statistika

bölməsində kompüter üzrə operator

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt