Fransada azərbaycanlı Elbrus Qaracayevin qətlə yetirilməsi barədə xəbər vermişdik.
Lent.az xəbər verir ki, qətlə yetirilən Qardabani rayon sakini Elbrusun yaxınları Gürcüstanın 24News.ge xəbər portalına müsahibə veriblər. Onların sözlərinə görə, Elbrusun qətlində 3 nəfər iştirak edib.
Yaxınları bildirib ki, qətldə iştirak edənlərdən biri Marneulidən olan İlkin Dəlivəlov, digər ikisi isə onun dostları olan Azərbaycanın Gəncə və Neftçala sakinləridir.
Qaracayevin yaxınlarının sözlərinə görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Elə bu səbəbdən də Elbrus Qaracayev İlkin Dəlivəlovun çalışdığı avtomobil sexinə gedib və burada yaranan mübahisə daha sonra Elbrus Qaracayevin beş bıçaq zərbəsi ilə qətlə yetirilməsi ilə nəticələnib.