Cəlilabadda Milli Qəhrəmanın adını daşıyan məktəbdə qanunsuzluq:Cinayət işi başlandı

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Məcra.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əməkhaqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir. Oxu.Az

Qeyd edək ki, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbi Milli Qəhrəman Vüqar Mürsəlovun adını daşıyır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt