Bu haqda Məcra.az-a açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Qurum sədri layihənin məqsədindən də söz açıb:
“Azad İstehlakcılar” İctimai Birliyi (AİİB) yeni layihə həyata kecirməyə başlamışdır. Layihənin adı:-“Vətən müharibəsi iştirakcılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək”dir. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmişdir və layihənin büdcəsi 32000AZN təşkil edir. Layihə AİİB-in rəhbərliyi və idarəçiliyi altında daha iki QHT-nin iştirakcılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə həyata keçiriləcəkdir.Koalisiyaya daxil edilmiş digər iki QHT,”Şəfa”Psixoloji Sosial Yardım” İctimai Birliyi və “Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai Birliyidir. Layihənin məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir.
Məqsəd: layihə hədəfi olan ərazidə (Beyləqan rayonu və ətraf qəsəbələr) müharibə iştirakçısı olmuş insanlara mənəvi , psixoloji və sosial dəstək göstərməkdir. Vəzifələr: ü Hədəf regionda müharibə ştirakçısı olmuş insanların psixoloji dəstəyə ehtiyacı olanların məlumat bazasını yaratmaq, ü Bu kateqoriyadan olan 20 müharibə iştirakçısına psixoloji dəstək göstərmək, ü Onların problemlərini öyrənib həlli yolları barədə fərdi qaydada məsləhətlər vermək, ü Həmin insanlarlarla psixoloji maarifləndirmə işləri aparmaq, ü Hədəf qrupun ümumi razılığı əsasında dəstəyə daha çox ehtiyacı olan 5 nəfər Qazinin hər birinə sosial problemlərinə dəstək üçün öz həyətyanı sahələrində100 kv\m sahəyə malik istixana quraşdırmaq, ü Həmin istixanada yeni texnalogiya ilə becərilən bitkilərə qulluq işləri ilə bağlı təlim vasitəsilə bilik və bacarıqlarını artırmaq, ü Digər 15 nəfər müharibə iştirakçısının hər birinə sağlamlıqlarına elektron nəzarət edə bilən smart saat hədiyyə etmək. Bu layihə çərçivəsində müharibə iştirakçıları, ailələri və qazilərlə sıx təmaslar yaradılacaq. Onlara peşəkar psixoloqlar vasitəsilə mənəvi dəstək veriləcəkdir. Mühaibə iştirakçıları və qazilər tək olmadıqlarını hiss edəcəklər. Bu da onu göstərir ki, ümumilikdə cəmiyyətimiz bu layihədən faydalanacaq. Müharibədən əziyyət çəkən iştirakçılara və qazilərə sosial-psixoloji dəstəyin göstərilməsi nəticəsində onların problemlərinin həllinə dəstək olduqdan sonra faydalananların sayı artacaq. Layihənin 01.07.2023-cü ildə tamamlanması nəzərdə tutulmuşdur”.