Bakıda narkotik aludəçisi olan şəxs polisin saxlanma məntəqəsində öldü

XƏBƏR XƏTTİ
Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•

İnzibati həbs cəzası çəkən narkotik aludəçisi ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) və İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunan 35 yaşlı Aslan Məmmədov narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün saxlanma məntəqəsində ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, o, İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinərək barəsində iki ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt