Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-leytenant Vəzir Həsənov saxlanılıb.
O, 2022-ci ilin yanvar ayının 1 də general-polkovnik Səfər Mehdiyevin əmri ilə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi təyin edilib. Vəzir Həsənovun adı Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri olan zaman bir sıra qalmaqallarda hallanıb.
Onun həbs olunub-olunmaması aparılacaq istintaq işindən sonra bilinəcək