Bayden Ukraynaya 31 “Abrams” tankının veriləcəyini təsdiqləyib – YENİLƏNİB

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb.

APA xəbər verir ki, bu bardə CNN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, ABŞ tank heyətləri yaxın vaxtlarda ukraynalı hərbçilərə təlim keçəcək.

***

Saat 18:48

ABŞ Ukraynaya 31 “Abrams” tankı verəcək.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ öz mənbəsinə istinadən məlumat yayıb.

Tankların ümumi qiyməti 400 milyon dollardan çoxdur.

PAGE TOP