“Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki…”-Aparıcı “Bolt”dan şikayət etdi

XƏBƏR XƏTTİ
Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•

“Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı… Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım”.

Məcra.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bunu tanınmış teleaparıcı Vüsalə Məmmədova özünün sosial şəbəkə hesabında paylaşıb.

Aparıcının sözlərinə görə, “Bolt” sərnişindaşıma şirkətinin sürücüsü həm ehtiyatsız davranıb, həm də onu təhdid edib:

“Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi “arxadan maşın gəlir, saxlaya bilmərəm” deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və “o qapı içəridən açılmır, sol qapıdan düşün” dedi… İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, “bu işi neyləyək?”. “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir… Mənə də deyir səninlə başqa yerdə danışacam”, – deyə aparıcı bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt