Masallıda evlərdən oğurluq edən dəstə üzvləri SAXLANILDI-FOTO

XƏBƏR XƏTTİ
Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•

Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1 150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt