Bakıda oğul atasını döyərək öldürdü – ŞOK CİNAYƏT

XƏBƏR XƏTTİ
Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•

Bakıda oğul atasını döyərək öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini İbrahim İbrahimov xəsarətlə xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polisin apardığı araşdırmalarla məlum olub ki, İ.İbrahimovu oğlu döyüb.

Belə ki, onun oğlu, əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov aldığı xəsarətlərdən yanvarın 12-də xəstəxanada ölüb.

Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt