“Sədərək”dəki yanğın qəsdən törədilib – Bir nəfər həbs edildi

XƏBƏR XƏTTİ
Paytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdırPaytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdır

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı birgə məlumat yayıb.

Məcra.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, ilkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanılıb.

İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt