Bakı şəhər Səbail rayonu Şıxov qəsəbəsində dəniz sahilində yerləşən məşhur “ADA” restoranında insident baş verib.
Məcra.az Globalinfo.az-a istinadla xəbər verir ki, restoranda barmen köməkçisi olan Daşkəsən rayon Quşçu kənd sakini, 1999-cu il təvəllüdlü Təbriz Rzayev oranın müdiri, Türkiyə vətəndaşı Hüseyn Ocaktanı vuraraq ona xəsartlər yetirib. 23 yaşlı Təbriz barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə cinayət işi açılıb.
Araşdırma zamanı məlum olub ki, hadisə vaxtı restoranın rəhbəri Təbrizin müştərilər üçün nəzərdə tutulmuş çərəzi cibinə yığdığını görüb. O, barmen köməkçisinə “Xiyar, nə edirsən?” deyib. Bu sözü özünə təhqir hesab edən gənc işçi əsəbi halda H.Ocaktana hücum edib və əlindəki butulkanı onun başına çırpmağa çalışıb. O daha sonra yumruqla müdirin sifət nahiyəsinə vurub.
Hadisədən sonra Təbriz işdən kənarlaşdırılıb. Daha sonra H.Ocaktan özü də işən çıxıb.
Səbail Məhkəməsinin hökmü ilə müdirinə hücum edən işçi 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib.