Yaraşıqlı kişilər nə üçün çirkin qadınlarla evlənirlər? – 7 səbəb

XƏBƏR XƏTTİ
Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•

Tez-tez çox yaraşıqlı kişilərin çirkin və ya özlərinə yaraşmayan qadınlarla ailə qurmasının şahidi oluruq.

Münasibətlər üzrə mütəxəssis, psixoloq Adil Yıldıırımın fikrinə görə, kişilərin çirkin qadınla evlənməsinin 7 əsas səbəbi var.

Lent.az həmin səbəbləri diqqətinizə çatdırır:

1. Hətta yaraşıqlı kişilər belə, özünə inamsız, özgüvənsiz ola bilər. Bəzi kişilər atılmaqdan, rədd edilməkdən, qadın nəzarəti altına düşməkdən çox qorxurlar. Ona görə çirkin qadın seçirlər ki, bu qadınlar onların ətəyindən bərk-bərk yapışıb, heç bir yerə getməsinlər. Qısqanmaq və rəqabət problemini beləcə həll edirlər.

2. Biz adətən birinə bağlananda beynimiz uşaqlıqda formalaşmış assosiativ əlaqələrə əsaslanır. Əgər çirkin qadın kişinin ilk sevgisinə, anasına, müəlliminə bənzəyirsə, kişi onu seçir.

3. İnsan adətən partnyorunun simasına deyil, onun göstərdiyi münasibətə aşiq olur. Çirkin qadın kişinin daxili aləmini 100 faiz tamamlayırsa, kişi özünü onun yanında kral kimi hiss edirsə ona aşiq ola bilər.

4. Statistikaya görə, çirkin qadınlar gözəllərə nisbətən daha ehtiraslı olurlar. Gözəl qadınların eqosu daha yüksək olduğu üçün kişinin yataqda hər istəyini yerinə yetirmir.

5.Yaraşıqlı kişi əvəllər gözəl xanımlardan çoxlu rədd cavabı alıbsa,  ov meydanını dəyişib, çirkin qadınlara üz tutmuş ola bilər. O yaraşıqlı kişi statusunu möhkəmləndirsə də, gözəl qadınlar onda özünə inamsızlıq yaradıblar. O da arealını dəyişməyə üstünlük verib.

6. Çirkin qadınlar çox zaman öz qüsurlarını karyera yüksəlişi ilə kompensasiya edirlər, yüksək vəzifələr tuturlar. Yaraşıqlı kişi çirkin qadının statusuna və yaxşı əlaqələrinə cəzb oluna bilər.

7. Yaraşıqlı kişi çirkin qadının puluna aşiq olub onunla evlənə bilər. Bu da faktdır. Əslində ən çox yayılmış səbəblərdən biri məhz budur.

Unutmaq olmaz ki, zövqlər müxtəlifdir və gözəllik də nisbi anlayışdır. Bizim çirkin hesab etdiyimiz biri digərinin gözəllik atributu ola bilər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt