Rusiya və İrandan Azərbaycana gətirilən kartofda zərərli orqanizm AŞKARLANDI

XƏBƏR XƏTTİ
Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•

Rusiya və İrandan idxal olunan kartofda karantin tətbiq edilən orqanizm aşkar olunub.

Bu barədə “Report”a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, fiziki şəxs İsbəndiyarov Cabir Babulla oğlu tərəfindən İrandan idxal edilən 23 800 kq, “Baku Fruit Delivery” MMC tərəfindən Rusiyadan idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizmlər – kartofun qonur çürüməsi bakteriyası və kartof gövdə nematodu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Zərərli orqanizmlə sirayətlənmiş məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt