Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Ulduz” metrosunun yaxınlığında qeydə alınıb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub:
“İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, “Koroğlu” metrosu istiqamətində “Mercedes” markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn “Toyota Prius” avtomobili “Mercedes”ə çırpılıb. 3 nəfər hadisə yerində ölüb. “Toyota Prius”un içində olanlar təcili xəstəxayana aparılıb. Onların vəziyyəti ağırdır.
Bir daha sürücülərdən bayram günlərində diqqətli olmağı, spirtli içkilərin təsiri altında və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edirik”.
Faktla bağlı araşdırma aparılır.