Məcra.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirdə əmək və müharibə veteranları, rayonun tanınmış ziyalıları və ictimai birliklərin rəhbərləri iştirak ediblər.
Tədbirdən öncə şəhidlərimizin və Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik gününün xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu günün dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayaraq deyib ki, gəlin, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə həmişə bir olaq, birlikdə olaq.Biz birlikdə olanda daha güclü oluruq. Məhz bu birliyin sayəsində Vətən müharibəsində də şanlı qələbə qazandıq.
Rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, ADPU Cəlilabad filialının direktor müavini Aydın İbişov, “Qarabağ Qaziləri” ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü veteran müəllim- şair Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, araşdırmaçı- tarixçi Ələsgər Mirzəzadə, əmək və müharibə veteranları Asəf İsmayılov, Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Qurban Əhmədov, Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov, “Dəmir yumruq” ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək bu əlamətdar günün müntəzəm qeyd olunmasının xalqımızın həmrəyliyində oynadığı rolu yüksək qiymətləndiriblər və bu gün bizim daha sıx birləşməyimizin, bir olmağımızın böyük əhəmiyyəti olduğunu bildiriblər.
Tədbirin sonunda rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Respublika Əmək, Müharibə və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından tədbir iştirakçılarını və rayonun bütün əmək və müharibə vetetanlarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bir daha təbrik edib, onlara möhkəm cansağlığı və ailə səadəti arzulayıb.