Astarada vətəndaşlar fəryad edir: “Suyun içində boğuluruq”+VİDEO

Cənub bölgəsində 10 gün bundan əvvəl yağan intensiv yağışların fəsadları Astara rayonunda hələ də qalmaqdadır.

Rayonun Şahağacı kəndinin “Yeni məhəlləsində”, sakinlərin həyətyanı sahələrinə, küçələrə yığılıb qalan qrunt suları bir sıra problemlər yaradıb. Kənddə şagirdlər dərsə getmək üçün iki ayaqqabıdan istifadə edirlər.

Ərazidə mövcud kanalizasiya sisteminin olmaması problemin başlıca səbəblərindən biridir. Sakinləri narahat edən məsələlərdən biri də su ötürücü arxların da tutulmasıdır. Sakinlərin deyir ki, aidiyyəti qurumlar ara yollara su ötürücü borular çəksələr, ərazidə bu vəziyyət yaranmaz.

Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayılov bildirib ki, problemdən xəbərdardırlar. Bir neçə dəfə həmin ərazidə olub, problemin həlli yolları araşdırılıb. Artıq su ötürücü borular alınıb. Hava şəraiti uyğun olarsa işlərə başlanılacaq.

Qeyd edək ki, Astara rayonunun Şahağacı kəndindəki mövcud problem uzun müddətdir ki, yaranıb. Bir neçə dəfə kənd sakinlərinin şəxsi hesabları ilə məhəllədə işlər görülüb. Bu kənddə kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var.

Daha ətraflı Baku TV-nin süjetində: