Moskvada kriminal dairələrdə tanınmış avtoritetin qatili Albert Heydərov cəzasını sərt rejimli hənsxanada çəkmək şərtilə azadlıqdan məhrum edilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Moskva şəhər Məhkəməsi 38 yaşlı Mətləb Sultanovu Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j”, “z” bəndləri (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, tamah niyyəti ilə adam öldürmə”), 222-ci (“Qanunsuz silah dövriyyəsi”) və 327-ci (“Saxta pasportdan istifadə”) maddələri ilə təqsirkar hesab edib.
İstintaq müəyyən edib ki, Sultanov 2021-ci il aprelin 12-də saxta pasportdan istifadə edərək fitnes klubuna daxil olub və daha çox “Albert Rıjıy” kimi tanınan və yenicə azadlığ buraxılmış avtoritet Heydərova azı 5 dəfə atəş açıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qətl Heydərovun “rəqibi” tərəfindən təşkil olunub, o, azadlığa çıxan avtoritetin onun biznesi üçün təhlükəyə çevriləcəyindən qorxurdu. Moskvada və bölgədə ərzaq və sənaye mallarının topdansatış ticarətinə açıq-aşkar təsirini bölüşmək istəməyən şəxs Albert Rıjının aradan götürülməsi üçün iki şərikinə sifariş verib.
Sultanov günahını qismən boynuna alıb və izah edib ki, o, cinayəti şəxsi mənafeyindən deyil, şəxsi düşmənçilik zəminində törədib – əvvəllər Albert Rıjiy anasını təhqir edib.