Yeni ili ən tez və ən gec başlayan ölkələr

Yer kürəsi müxtəlif saat qurşaqlarına bölündüyünə görə, yeni ili bütün dünya eyni saatda qarşılamır. Əgər qırıcı təyyarə ilə dünyanın müxtəlif paralellərinə səyahət etmək imkanımız olsaydı,  bir gündə Yeni il atəşfəşanlığını 24 dəfə qarşılaya bilərdik.

Lent.az dünya ölkələrinə virtual səyahətə dəvət edərək, hansı ölkənin bayramı ən tez və ən gec qarşılayacağı barədə məlumat verir.

2023-cü ili ilk Sakit Okean, Tonqa, Kribati adalarının sankinləri qarşılayacaq. Dekabrın 31-i bu adalarda bizim vaxtla səhər saat 10:00-da yeni il başlayacaq.

2023-cü il ən gec ABŞ-ın “Baker” və “Hovland” adalarında qeyd ediləcək. Hər iki adada yeni il yanvarın 1-i saat 16:00-dan etibarən başlayacaq.

Yeni Zenlandiyada 31 dekabr saat 14:15-də, Avstraliyada saat 17:00-də, Yaponiya, Cənubi və Şimali Koreyada saat 19:00-da, Çin, Filippin, Sinqapurda saat 20:00-da, Tayland, İndoneziya və Kambocada saat 21:00-da Yeni il başlayır.

Yeni ili ən çox qarşılayan ölkə Rusiyadır. Qəribə gəlməsin. Ərazisinə görə dünyanın ən böyük ölkəsi olan Rusiya bir neçə saat qurşağında yerləşir. Ona görə rusiyalılar gün içində bir neçə dəfə köhnə illə vidalaşırlar.

Türkiyə, İraq, Keniya, Rusiyanın bir hissəsində yeni il 1 yanvar saat 1:00-da, Yunanıstan, Ruminiya, Cənubi Afrika və Macarıstanda 1 yanvar saat 2:00-da, Birləşmiş Kralllıq, İrlandiya, Portuqaliyada 1 yanvar saat 4:00-da, Braziliyada 1 yanvar saat 6:00-da, Argentinada 1 yanvar saat 7:00-də, Kanadada 1 yanvar saat 8:00-da qarşılanacaq.

PAGE TOP