Təhlükəli oyuncaq: “Huggy-Wuggy” “canavar”larında zəhərli maddə aşkarlandı – FOTO

XƏBƏR XƏTTİ
Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•

Uşaqlar arasında son zamanlar populyar olan “Huggy Wuggy” oyuncaqlarında zəhərli fenol maddəsi aşkarlanıb.

Bununla bağlı Rusiyanın “Roskaçestvo” qurumundan açıqlama verilib.

Qurumun apardığı araşdırma nəticəsində “Huggy Wuggy” oyuncaqlarının demək olar ki, 90%-də baş ağrısı və dermatitə səbəb olan zəhərli fenol maddəsi tapılıb.

“Huggy Wuggy” kompüter oyunu personajı əsasında yaradılmış bu oyuncaq iti dişləri və vəhşi təbəssümü olan qorxulu tüklü canavarı xatırladır. Bu obrazın oyundakı rolu isə oyunçunu ölümcül olana qədər qucaqlamaq və ondan bir hissə dişləyib qoparmaqdır.

Uşaqlar tərəfindən çox sevilən bu oyuncaqların 18 nümunəsindən 16-da fenol aşkarlanıb.  Zəhərli maddə olan fenol neylon və kapron, müxtəlif qətranların istehsalı üçün istifadə olunur. Əgər uşaq daim oyuncaqla təmasda olarsa, bu, dərinin allergik reaksiyasına (dermatit) səbəb ola bilər. Həmçinin fenol buxarından zəhərlənmə başağrısı yarada bilər.

Qeyd edək ki, adıçəkilən oyuncaq Azərbaycanda da satılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt