Qala-Türkan yolunda qəza olub, üç nəfər ölüb – YENİLƏNİB

XƏBƏR XƏTTİ
Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•

Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hundai” markalı avtomobillər toqquşub.

Hadisədə “VAZ-2107” avtomobilinin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri – 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

18:12

Bakının Xəzər rayonunda, Qala-Türkan yolunda qəza olub, sürücü və azyaşlı ölüb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toquşşub. İlkin məlumata görə “VAZ-2107” avtomobilinin sürücüsü və sərnişini olan azyaşlı ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt