Salyanda iki yeniyetməni avtomobil vurub, biri öldü-SON DƏQİQƏ

XƏBƏR XƏTTİ
Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•

Salyanda avtomobil 2 yeniyetməni vurub, onlardan biri ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakini, 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb, 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

16:37

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakinləri – 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları avtomobil vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmələr Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt