Zelenski bu şəhərin tamamilə məhv edildiyini bildirdi

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə nəticəsində Donetsk cəbhəsindəki Baxmut şəhərinin demək olar ki, tamamilə məhv edildiyini bildirib.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zelenski bu haqda teleqram hesabında paylaşım edib.

O, videomüraciətdə Rusiya-Ukrayna müharibəsində ən şiddətli toqquşmaların Donetsk cəbhəsində davam etdiyini qeyd edib.

Zelenski Donbas, Baxmut, Soledar, Maryinka və Kreminada vəziyyətin çox ağır olduğunu vurğulayıb:

“Artıq uzun müddətdir ki, bu ərazilərdə atəşin və mərmilərin zədələnmədiyi yer qalmayıb. İşğalçılar Baxmut şəhərini tamamilə məhv edərək, onu yandırılmış əraziyə çevirdilər”.

PAGE TOP