“Azad gəlmələr”in XIX əsrdə Cəlilabadda tikdiyi kilsə FOTO VİDEO

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən pravoslav kilsəsinin tarixi XIX əsrin ortalarına gedib çıxır.

Məcra.az xəbər verir ki, tarixçi Şəfəq İbrahimzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər. Amma həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan cənub bölgəsində bu kilsənin inşa edilməsi qərara alınıb.

“Kilsənin Azərbaycan ərazisində təşəkkül tapması ikinci Rus-İran müharibəsi ilə əlaqədardır. 1826-1828-ci illərdəki müharibədə İran ruslara məğlub olur, nəticədə rus qoşunları bu əraziləri ələ keçirir. Beləliklə, 1829-cu ildən başlayaraq ruslar Azərbaycanda birinci olaraq Cəlilabad ərazisində məskunlaşmağa başlayıblar. Onlara “azad gəlmələr” adı verilmişdi. Çünki dövlət xəzinəsinə pul köçürmək yolu ilə azadlıq əldə etmişdilər və istədikləri yerdə yaşaya bilərdilər”, – deyə tarixçi qeyd edib.

Tikintisinə 1848-ci ildə başlanan kilsə düz 4 ildən sonra – 1852-ci ildə istifadəyə verilib. Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Buna görə də kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır.

Şəfəq İbrahimzadə: “Diqqəti cəlb edən daha bir maraqlı xüsusiyyət ondadır ki, kilsənin çöl divarları hər tərəfdən özündə xaç şəklini əks etdirir. Üç tərəfdə də qapı yerləri var, onlar da xaç şəklində qurulub. Hətta içəridə şam yandırılan yerlər də xaçı xatırladır. Ruslar bununla xristian olmalarını, məbədin isə xristian inanclı insanlara xidmət etdiyini sübuta yetirmək istəyiblər”.

Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşı Fuad Əzizov isə bildirib ki, 1990-cı illərin əvvəllərində Cəlilabad rayonunda yaşayan rusların əksər hissəsinin öz qədim dədə-baba torpaqlarına köçməsi və Göytəpədəki kilsənin dindarlar tərəfindən istifadə olunmaması səbəbindən bu tarixi abidə Mədəniyyət Nazirliyinin sərəncamına verilib. Kilsə yerli əhəmiyyətli abidə kimi 4177 saylı inventarla rəsmi qeydiyyata alınaraq qorunur.

Kilsənin təmir-bərpaya da ehtiyacı var. Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, kilsənin bərpa olunması diqqətdə saxlanılır. Bununla bağlı həmin tarixi abidə dövlət əsaslı vəsait hesabına tikintisi nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. Vəsait ayrıldıqdan sonra kilsənin bərpası həyata keçiriləcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt