Xüsusi təyinatlı şəhidimizin anası: “Arzum ancaq oğlumun adını yaşatmaqdır…”-FOTOLAR

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Bu gün Vətən müharibəsində şəhid olan, xüsusi təyinatlı hərbçimiz Dəmirov Həsən Turan oğlunun anadan olduğu gündür.

 

Məcra.az-ın baş redaktoru Vasif Əlihüseyn Cəlilabadın Muğan kəndində şəhidimizin ailəsinə baş çəkib. Şəhidimizin anası Sədaqət xanımla və qardaşı Xaqani bəylə həmsöhbət olub.

 

Şəhid anası Sədaqət xanım deyib ki, bu gün Həsənin 28 yaşı tamam olur:

 

“Hər gün Həsənin otağında şəkillərinin qarşısında durub onunla danışıram. Həsən əkiz qardaşı Hüseynlə birlikdə dünyaya gəldi. Səkkiz aylıq olanda qardaşı Hüseyn vəfat etdi. Həsən isə 25 yaşında şəhid oldu. Şəhidsevər insanlar da bizə baş çəkir, tək qoymurlar, bizimlə maraqlanırlar”.

 

Sədaqət xanım Həsənin adının əbədiləşdirilməsi üçün öz arzularını dilə gətirib:

 

“Həsənin adının Muğan kənd orta məktəbinə verilməsini istəyirəm. Adına küçə də verilsə, yaxşı olar. Bir də ki, Həsənin ordenləri verilməyib və onunla bağlı Müdafiə Nazirliyinə müraciət edirəm.  Arzum odur ki, Həsənin adı əbədiləşdirilsin”-deyə şəhid anası bildirib.

 

Qeyd edək ki, Həsən Dəmirov 1994-cü il dekabrın 1-də Cəlilabadın Muğan kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı sentyabrın 27-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Həsən Dəmirov ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medallarıyla təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt