Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri – 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məcra.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovdur.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
***
Xəsarət alan daha bir nəfər, 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanda ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb