Cümə, May 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Ədəbiyyat

Kim özünə arxayındı, yanından keçmək olmayır - Ələddin Əzimlinin şeirləri...

08 Yanvar, 26 / 22:46
A A
Kim özünə arxayındı, yanından keçmək olmayır - Ələddin Əzimlinin şeirləri...

Əzimli (Əzimov) Ələddin Qüdrət oğlu 1955-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. 1978-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1978-2000-ci illərdə müəllim işləyib. 2000-2013-cü illərdə “ANS” Müstəqil Media və Yayım şirkətinin Cəlilabad müxbir məntəqəsinin rəhbəri olub. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mecra.az tanınmış jurnalist, şair Ələddin Əzimlinin şeirlərini təqdim edir:

***

Bir gör haçankı gecədir,

Səhəri açmaq olmayır.

Dərd ki səni ram elədi,

Əlindən qaçmaq olmayır.

***

Bu nə təlaş, nə oyundu,

Bəlkə də axırdı, sondu.

Kim özünə arxayındı,

Yanından keçmək olmayır.

***

Gəl tab elə bu əzaba,

Dolaş el-el, oba-oba.

Bir də gördün söndü soban,

Artıq nur saçmaq olmayır.

***

Əldən vermə dayağını,

Yerə bərk bas ayağını.

Göylər açıb qucağını,

Heyf ki uçmaq olmayır…

 

 

TƏNHALIQ

Gözlərindən sezirəm

Tənha yaşadığını.

Gecələri səhərə

Yalqız daşıdığını.

 

Bir az dincəl, sakitləş,

Şıltağlığı yığışdır.

Səs-küyə fikir vermə,

Çöldə külək, yağışdır.

 

Qəlbində baş verənlər,

Sanki, alın yazısı.

Cürət edib kim onu

Ordan silib-pozası.

 

Qəlbin gözə yola var,

Bu həmin tənhalıqdr.

Yatanda, duranda da

Səninlədir, oyaqdır.

 

Hərdən düşünürsən ki,

Yorub səni bu acı.

İnan, öz əlindədir

Hər ağrının əlacı.

Yalnızlıq və tənhalıq - psixi sağlamlığa necə təsir edir? - TurkicWorld

HƏR ŞEY TƏRSİNƏ

 

Keçəcək

yandırıcı istilər də.

Soyuyacaq

torpaq da, daş da.

Yarpaqlarını tökəcək

bu qoca ağac da.

Günbəgün

qısalacaq ömür-gün.

Bayırda

azalacaq səs-səmir.

Ancaq qəribədir,

çox qəribədir,

gəlmir səndən

təzə bir xəbər.

Bu bir həqiqətdir,

uzaqlaşırsan məndən

anbaan,

zaman-zaman.

Gündə

xeyli xəbər gəlir

yadlardan, doğmalardan,

irili-xırdalı müharibələrdən,

xəstəxanalardan.

Çoxalır

çarəsiz dərdlər.

Hamı məsləhət verir,

itirir mənasını öyüdlər.

Qəmgin-qəmgin

başını dikir aşağı

adamlar, ağaclar,

məcnun söyüdlər.

Dövrəmdə isə

hər şey tərsinə,

səs-küylü quşlar belə

qısılıb səsinə.

Həyat çəkir məni

qanlı dişinə.

…Heç özüm də bilmirəm,

nə deyəsən,

işlərin bu gedişinə?..

 

PƏNCƏRƏ

Söndü o pəncərə.

Baxa-baxa

itirdim o pəncərəni.

İndi gəl,

səhər elə gecəni.

Ötən gecələr

bir olar…üç olar,

nə bilim , neçə olar.

Yatarsan,

yuxunu yora-yora

səhərə çatarsan.

Amma,

nə vaxtdır sönməklə,

qaranlığa bürünməklə

aldadır

məni o pəncərə.

Onsuz,

çətin, ağır olsa da

nurlu səhərin də,

şirin həyatın da

sonu gecədir-

əbədi qaranlıq.

Düşünməyə

dəyməz bu haqda.

…Ey, sən,

zorla seçilən siluet!

Söylə,

nə axtarırsan

bu zülmət qaranlıqda?…

Sınıq pəncərə" nəzəriyyəsi | Düşüncə Jurnalı

 

SON

 

Əməlindən,

əlindən,

Bitib tükəndi səbrim.

Nə vaxt çatdım bu yaşa,

Heç özüm də bilmədim.

Olan oldu, iş bitdi

Dörd divar arasında.

Necə bilək,

de bura

Dünyanın harasıdır?

Köçüm

özümdən qabaq

Bu yollarda didərgin.

Demə,

elə beləymiş

Bünövrədən təməlin.

Biz axı,

hardan bilək,

Sən bir mələk donunda.

İzn ver,

nəfəs dərək

Köçhaköçün sonunda.

 

MÜRGÜ

 

Sakit gecədir,

mürgüləyirəm masanın arxasında.

Elə burdaca

yatmaq istəyirəm,

qələm-dəftərdən,

evdəkilərdən xəbərsiz.

Bu həzinlik

sanki layla çalır mənə.

Vədəsiz yuxu

ağuşuna alır məni.

Narın yağışlı hava,

yapışmışam əlindən.

Həmişəki bağçadır,

Amma yaz yox, payızdır.

Yer-göy tamam dəyişib,

vaxt, təbiət

aşıb oz sərhədini.

Bir az irəlidə

qaranlığın içindən

kimsə səsəyir məni,

ayiliram mürgüdən…

Nə o narın yağış var,

nə o çiskinli bağça,

nə də əli əlimdəki sən.

Vaxt keçir, gecə ötür.

Yenə də əvvəlkitək

yapışmışam

ruhuma dayaq olan

daimi həmdəmimdən-

qələmdən.

 

İLĞIMA SARI

 

Görən, hara gedir bu qatar belə,

Dəvə qatarı.

Oğulsan, ovsarın gəl keçir ələ,

Bir anlıq barı.

 

Yeri məhvərində saxlayan odur,

Ha yüyür, zamanı haqlayan odur,

Qapiları açan, bağlayan odur,

Sirdir şüarı.

 

Haqdan uzaq düşüb, əhdini pozmaz,

Gedər gecə-gündüz, bir dəfə azmaz.

Çünki yollarında, sən gəl qulaq as,

Yoxdur hasarı.

 

Onunla qardaşdır, sirdaşdır fələk,

Odur ki, bilməyir nə qar, nə külək.

Bəlkə, bu karvana qoşulub gedək,

İlğıma sarı.

Əvvəlki yazı

Bakının bu ərazisində söküntü başlayır - Kompensasiya veriləcək

Növbəti yazı

Cəlilabadlı gənc faciəvi şəkildə öldü

XƏBƏR LENTİ

"Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, Avropada bir nömrədirlər"

"Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, Avropada bir nömrədirlər"

May 1, 2026
Sabah saat 10:00-16:00-dək bu yollarda monitorinq aparılacaq - Sürücülərin nəzərinə!

Sabah saat 10:00-16:00-dək bu yollarda monitorinq aparılacaq - Sürücülərin nəzərinə!

Aprel 30, 2026
Bakının bu rayonlarında su kəsiləcək – XƏBƏRDARLIQ

Sumqayıtın bəzi yerlərində su kəsiləcək

Aprel 30, 2026
Bu yollar 3 gün bağlı olacaq - Xəbərdarlıq

Bu yollar 3 gün bağlı olacaq - Xəbərdarlıq

Aprel 30, 2026
"Kaş oğlan yox, Təranə ölərdi..." - VİDEO

"Kaş oğlan yox, Təranə ölərdi..." - VİDEO

Aprel 30, 2026
Prezident Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi

Prezident Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi

Aprel 30, 2026
Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - FOTO

Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - FOTO

Aprel 30, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

İlham Əliyev onu "Şöhrət" ordeni ilə təltif etdi

Aprel 30, 2026
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş - VİDEO

Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş - VİDEO

Aprel 30, 2026
Birinci sinfə qəbul başlayır

Birinci sinfə qəbul başlayır

Aprel 30, 2026
"Avropa yarışlarında idmançılarımıza qarşı ədalətsizlik daha çox olur"

"Avropa yarışlarında idmançılarımıza qarşı ədalətsizlik daha çox olur"

Aprel 30, 2026
Prezident çempion güləşçiləri qəbul etdi - FOTOLAR

Prezident çempion güləşçiləri qəbul etdi - FOTOLAR

Aprel 30, 2026
Sabah hava necə olacaq?

Mayın ilk günü hava necə olacaq?

Aprel 30, 2026
Bu imtahanların saatı dəyişdirildi

Rezidenturaya qəbul imtahanı vermək istəyənlərin nəzərinə - DİM - dən XƏBƏRDARLIQ

Aprel 30, 2026
Qanunsuz silah-sursatı könüllü təhvil ver - DİN-dən çağırış

Qanunsuz silah-sursatı könüllü təhvil ver - DİN-dən çağırış

Aprel 30, 2026
Delimitasiya üzrə bu layihələr razılaşdırıldı - FOTOLAR

"Bu səfər Azərbaycanın qələbələrinin davamı kimi qiymətləndirilə bilər" - Siyasi şərhçi

Aprel 30, 2026
Azərbaycanda 17 gün iş OLMAYACAQ

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq

Aprel 30, 2026
"Bunu Humayın xatirəsi qarşısında borcumuz sayırıq" - Vilayət Quliyev - VİDEO

"Bunu Humayın xatirəsi qarşısında borcumuz sayırıq" - Vilayət Quliyev - VİDEO

Aprel 30, 2026
Rusiyadan qayıdan kənd sakini faciəvi şəkildə öldü - VİDEO

Rusiyadan qayıdan kənd sakini faciəvi şəkildə öldü - VİDEO

Aprel 30, 2026
Bakı təhsilinin əvəzedilməz direktorları: Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir

Bakı təhsilinin əvəzedilməz direktorları: Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir

Aprel 30, 2026
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq

Aprel 29, 2026
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Aprel 29, 2026
Delimitasiya üzrə bu layihələr razılaşdırıldı - FOTOLAR

Delimitasiya üzrə bu layihələr razılaşdırıldı - FOTOLAR

Aprel 29, 2026
“Biz illər boyu bu faciələrin siyasi-hüquqi qiymət alacağını bilirdik”

“Biz illər boyu bu faciələrin siyasi-hüquqi qiymət alacağını bilirdik”

Aprel 30, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Bu müəllimlər də sertifikasiyaya cəlb ediləcək - Prezident təsdiqlədi

Aprel 29, 2026
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

Aprel 29, 2026
Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün qaydalar

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün qaydalar

Aprel 29, 2026
Sabah hava necə keçəcək?

35 dərəcə isti, intensiv yağışlar - Mayın havası

Aprel 29, 2026
Peşə liseyinə yeni direktor təyin edildi

Peşə liseyinə yeni direktor təyin edildi

Aprel 29, 2026
Azərbaycandan qaçan məktəb direktoru ölkəyə gətirildi

Azərbaycandan qaçan məktəb direktoru ölkəyə gətirildi

Aprel 29, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.