Cəlilabadın ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə kommersiya xarakterli nəşrlərin təhsil müəssisələrində təşviqi və satışının yolverilməzliyi, həmçinin şagirdlər üçün əlçatan, rəsmi öyrədici resurslardan istifadə mövzularında geniş müzakirə aparıldı.
Mecra.az xəbər verir ki, görüş zamanı təhsil müəssisələrində şəffaflıq və ədalətlilik prinsiplərinin qorunmasının, müəllim və şagirdlərə yalnız təsdiqlənmiş, keyfiyyətli tədris resurslarının təqdim edilməsinin vacibliyi vurğulandı.
Məqsəd — məktəblərdə sağlam tədris mühiti formalaşdırmaq və valideyn, şagird, müəllim maraqlarını qorumaqdır.






























