Dövlət Sərhəd Xidmətinin giziri qazi Elçin Telman oğlu Qurbanov vəfat edib.
Mecra.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, xərçəng xəstəliyindən əziyyət çəkən E. Qurbanov Türkiyədə müalicə olunurmuş və orada dünyasını dəyişib.
Qeyd edək ki, E.Qurbanov 21 aprel 1994-cü ildə Cəlilabadın Ocaqlı kəndində doğulub. O, Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatlarının iştirakçısıdır.
Allah rəhmət eləsin!






























