Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anası vəfat edib.
Mecra.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə
Həmidova bu gün 86 yaşında vəfat edib. Ş. Həmidova uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirdi.
“Qubadlı” feysbuk səhifəsinin yaydığı məlumata görə, mərhum bu gün günorta saatlarında dəfn edilib.
Şərqiyə xanımın 3-7 mərasimi yanvarın 1-də Sumqayıt şəhərində yerləşən “Qayalı” mərasim evində təşkil ediləcək.
Allah rəhmət eləsin!
Uğur






























