Ukraynada gedən müharibədə daha bir azərbaycanlı həlak olub. Bu haqda hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.
Mecra.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən Şəmkir rayon sakini Elvin Fəxrəddin oğlu Qarayev həlak olub.
Bildirilir ki, o, bir neçə vaxt idi ki, itkin düşmüşdü və artıq nəşi tapılıb. Sabah Bakıya göndəriləcək və Şəmkirdə dəfn olunacaq.
Raqil






























