Texno Tədris Mərkəzinin rəhbəri Ramil Əmənov yeni vəzifəyə təyin olunub.
Mecra.az xəbər verir ki, bu haqda o, özü məlumat verib. Ramil Əmənov Cəlilabad Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavini təyin edildiyini bildirib.
“Bu gündən etibarən Cəlilabad Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavin vəzifəsində fəaliyyətimə rəsmi olaraq başlayıram. Bu məsuliyyətli və şərəfli vəzifəyə layiq görülmək mənim üçün böyük etimad, həm də böyük öhdəlikdir. Gənclərin düzgün istiqamətləndirilməsi, sağlam mühitdə yetişməsi, peşə bacarıqları ilə yanaşı yüksək mənəvi dəyərlərə sahib olmaları üçün çalışmaq əsas hədəfim olacaq.
Məktəbimizin nizam-intizam mühitinin gücləndirilməsi, şagird–müəllim–valideyn əlaqəsinin daha da möhkəmləndirilməsi və sosial-tərbiyəvi işlərin səmərəli şəkildə təşkili istiqamətində əlimdən gələni etməyə hazıram. Bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni mərhələnin həm mənim üçün, həm də mərkəzimiz üçün uğurlu olacağına inanıram. Uğurlu bir başlanğıc olsun!”, – deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN





























