Cümə axşamı, Yanvar 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Qəyyumun təyin edilməsi xidmətinin həyata keçirilməsi üçün inzibati prosedurlar və digər məlumatlar təqdim olunur”

24 Dekabr, 25 / 18:46
A A
“Qəyyumun təyin edilməsi xidmətinin həyata keçirilməsi üçün inzibati prosedurlar və digər məlumatlar təqdim olunur”

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyumun təyin edilməsi xidməti barədə məlumat.

 “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsinin və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi xidmətlər Elektron Reyestr (dxr.az) informasiya sisteminə daxil edilmiş və təsdiqlənmişdir. Həmin xidmətlər Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (pirallahi-ih.gov.az  –  dövlət xidmətləri bölməsi) və məlumat lövhəsində yerləşdirilmiş, rəsmi internet səhifəsində xidmət ilə bağlı məlumatın Dövlət Xidmətlərinin Elektron Reyestrindən keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/xidmetler.html) təmin edilmişdir.

Həmin xidmətlərdən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyumun təyin edilməsi xidmətinin həyata keçirilməsi üçün inzibati prosedurlar və digər məlumatlar təqdim olunur.

 

Xidmətin adı:

On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyumun təyin edilməsi

Xidmətin məzmunu: ·         On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyumun təyin edilməsi
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı: ·         Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası
Xidmətin hüquqi əsası: – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.1. maddəsi;
– Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1. maddəsi;
– “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2-ci bəndinin 9-cu abzası;
– Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 5 oktyabr tarixli, 386 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 8 may tarixli, 152 nömrəli qərarının redaksiyasında verilmiş “Azərbaycan SSR qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnamə”.
Xidmətin həyata keçirilmə formaları: Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim edilməsi
Xidmətin həyata keçirilməsinin nəticəsi: On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyum təyin edilməsi barədə İH Başçısının sərəncamı
Xidmətin həyata keçirilməsi müddəti: 30 təqvim günü
Dövlət rüsumu, Xidmət haqqı: Xidmət ödənişsizdir.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları: – Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 137-ci maddəsinə görə yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər qəyyum (himayəçi) ola bilməzlər.
– Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.2-ci maddəsinə görə qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər.
– Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.3-cü maddəsinə görə qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır.
– Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38-ci maddəsinə görə:
– Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini öz vəzifələrinin icrasından azad edir.
– Qəyyumluqda olan müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisəsinə və ya digər oxşar müəssisəyə yerləşdirildikdə qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu və ya himayəçini, əgər bu, qəyyumluqda olanın mənafelərinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir.
– Üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a. qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər.
– Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər.
– Qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəsinə əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir.
– Qəyyumluqda olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə bu barədə əlavə qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir.
– Qəyyumluqda olan yetkinlik yaşına çatmayanın on səkkiz yaşına çatdığı, habelə nikaha girdiyi və yetkinlik yaşına çatanadək tam fəaliyyət qabiliyyəti əldə etdiyi digər hallarda yetkinlik yaşına çatmayan üzərində himayəçiliyə xüsusi qərarsız xitam verilir.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması: Qəyyumluğa götürülən uşağın doğum haqqında şəhadətnaməsinin surəti

10 yaşından yuxarı uşağın razılıq ərizəsi

Qəyyumun sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar

Qəyyumun nikah haqqında şəhadətnaməsinin surəti

Qəyyumun götürənin şəxsiyyət vəsiqəsinin surəti

Qəyyumluğa götürülənin yaxın qohumlarının notariat qaydasında təsdiq edilmiş razılıq əraziləri

Qəyyumun tərcümeyi-halı

Qəyyum üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə)

Qəyyum üçün iş yerindən xasiyyətnamə (işləyirsə)

Qəyyumluğa götürülən uşağın təhsil alması barədə arayış

Qəyyum üçün yaşayış yerindən 2 saylı forma arayış

Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin fəaliyyət qabiliyyəti olmaması barədə məhkəmənin qətnaməsi

Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s.-nin surətləri)

Qəyyum adından İcra Hakimiyyəti başçısının adına notariat qaydasında təsdiq edilmiş ərizə

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar: ·         Qeyri-Elektron İnzibati prosedurlar : Qəyyum olmaq istəyən şəxs ərizə ilə Rayon İcra Hakimiyyətinə müvafiq sənədlərlə birlikdə müraciət edir. Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən şəxsin həyat şəraiti müayinə edilir və müraciəti araşdırılır. Komissiya müraciətə baxılması nəticəsində müvafiq rəy verir və qəyyum təyin edilməsi barədə Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır. Rayon İcra Hakimiyyəti Başçısının on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyum təyin edilməsi barədə sərəncamı ərizəçiyə verilir.

·         Elektron İnzibati prosedurlar : Qəyyum olmaq istəyən xidmət istifadəçisi “Rəqəmsal İcra Hakimiyyəti” portalı (rih.gov.az/services) üzərindən şəxsi kabinetə daxil olaraq, xidmətin həyata keçirilməsi üçün tələb olunan məlumatları qeyd edir və tələb olunan sənədləri portal üzərindən əlavə edir. Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən şəxsin həyat şəraiti müayinə edilir və müraciəti araşdırılır. Komissiya müraciətə baxılması nəticəsində müvafiq rəy verir və qəyyum təyin edilməsi barədə Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır. Rayon İcra Hakimiyyəti Başçısının on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyum təyin edilməsi barədə sərəncamı ərizəçiyə verilir.

 

Xidmətlərlə bağlı məlumatlar, o cümlədən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər barədə məlumatlar rayon İcra Hakimiyyətinin (012) 5565942 telefon nömrəsi vasitəsi ilə də əldə edilə bilər.

Həmçinin həmin xidmətlərdən elektronlaşdırılmış xidmətlər “Rəqəmsal İcra Hakimiyyəti” portalına (https://rih.gov.az/services) yerləşdirilmişdir. Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində elektronlaşdırılmış xidmətlər ilə bağlı məlumatın “Rəqəmsal İcra Hakimiyyəti” portalına keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/elektron-xidmetler.html) təmin edilmişdir.

 

 

Əvvəlki yazı

Daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi xidməti barədə məlumat

Növbəti yazı

Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi xidməti barədə məlumat

XƏBƏR LENTİ

Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

Yanvar 1, 2026
Gələn ildən pensiya yaşı artırılır

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yanvar 1, 2026
"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

Yanvar 1, 2026
Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Yanvar 1, 2026
Yanvarda hava necə olacaq?

Yağış, qar... - Sabahın havası

Yanvar 1, 2026
Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi – VİDEO

İlham Əliyev onları təbrik etdi

Yanvar 1, 2026
İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

Yanvar 1, 2026
Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Yanvar 1, 2026
Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Yanvar 1, 2026
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Yanvar 1, 2026
"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

Yanvar 1, 2026
"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

Yanvar 1, 2026
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

Prezident xalqa müraciət etdi - VİDEO

Yanvar 1, 2026
Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Dekabr 31, 2025
"At ili" nələr vəd edir?

"At ili" nələr vəd edir?

Dekabr 31, 2025
Bəzi yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Dekabr 31, 2025
DYP-dən sürücülərə - Xəbərdarlıq+VİDEO

DYP küləkli hava ilə bağlı sürücülərə çağırış etdi

Dekabr 31, 2025
Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

Dekabr 31, 2025
Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Dekabr 31, 2025
Qar yağacaq - Sabahın havası

Təzə ilin ilk günü hava necə olacaq? - Proqnoz

Dekabr 31, 2025
Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım - FOTO

Meriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım etdi - FOTO

Dekabr 31, 2025
Beş günlük bayram tətili başladı

Beş günlük bayram tətili başladı

Dekabr 31, 2025
Həmrəylik Günüdür

Həmrəylik Günüdür

Dekabr 31, 2025
“Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”

Prezidentdən bayram paylaşımı - FOTO

Dekabr 30, 2025
Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Dekabr 30, 2025
Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Dekabr 30, 2025
İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

Dekabr 30, 2025
Keçmiş icra başçısı azadlığa buraxıldı

Keçmiş icra başçısı azadlığa buraxıldı

Dekabr 30, 2025
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

İlham Əliyev ona "Şərəf" ordeni verdi

Dekabr 30, 2025
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident Fərman imzaladı - Yeni qurum yaradıldı

Dekabr 30, 2025
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.