Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Manşet

Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - FOTOLAR

07 Dekabr, 25 / 14:30
A A
Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mecra.az xəbər verir ki, Prezident İlham Əliyev Bakıda Azərbaycanla Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.

Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub.

Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən göstərilən dəstəyi vurğulayan Prezident İlham Əliyev Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına bir daha təşəkkür edib.

Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən hədiyyə olaraq 200 yakın işğaldan azad edilmiş ərazilərimizə göndərilməsini də dostluq münasibətimizin təzahürü olduğunu deyib.

Dövlət başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırlayıb.

İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğulayıb.

Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə, Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.

Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.

Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğulayıb ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.

Qəbula görə nümayəndə heyətinin adından minnətdarlıq edən Bakıt Torobayev, ilk növbədə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş edib.

Qonaq qeyd edib ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb.

Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğulayıb.

Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiklərini deyib.

Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.




Əvvəlki yazı

Leysan olacaq - Sabahın havası

Növbəti yazı

Azərbaycanda da "Atalar məktəbi" açıldı - FOTOLAR

XƏBƏR LENTİ

Münaqişəyə son... - Vüsal Kazımov yazır...

"O, xalqın yaddaşında təcrübəli bir dövlət başçısı kimi qalmışdır" - Vüsal Kazımov

Aprel 17, 2026
4 nəfər buraxılış imtahanından xaric edildi - Telefon aşkarlanıb

9 mart buraxılış imtahanının nəticələri açıqlandı

Aprel 17, 2026
Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTOLAR

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTOLAR

Aprel 17, 2026
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı

9 mart buraxılış imtahanının nəticələri açıqlandı

Aprel 17, 2026
Cəlilabadda "Arşın mal alan" nümayiş etdirildi - FOTOLAR

Cəlilabadda "Arşın mal alan" nümayiş etdirildi - FOTOLAR

Aprel 17, 2026
Şeyxzamanovun qardaşı qızının meyiti tapıldı - VİDEO

Şeyxzamanovun qardaşı qızının meyiti tapıldı - VİDEO

Aprel 17, 2026
Aprelin "Ulduz"u çap olundu

Aprelin "Ulduz"u çap olundu

Aprel 17, 2026
Rafiq Cəlilov vətəndaşları qəbul etdi - FOTOLAR

Rafiq Cəlilov vətəndaşları qəbul etdi - FOTOLAR

Aprel 17, 2026
Cəlilabadın mərkəzində qəzalı vəziyyətə düşən yollar təmir ediləcək - FOTOLAR

Cəlilabadın mərkəzində qəzalı vəziyyətə düşən yollar təmir ediləcək - FOTOLAR

Aprel 17, 2026
"Bu gücum cavabsız qalmayacaq" - Müdafiə Nazirliyi

Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Aprel 17, 2026
Sabah hava necə keçəcək?

23 dərəcə isti olacaq... - Sabahın havası

Aprel 17, 2026
31 yaşlı qadın iki həftədir yoxa çıxıb - FOTO

31 yaşlı qadın iki həftədir yoxa çıxıb - FOTO

Aprel 17, 2026
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - FOTOLAR

İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - FOTOLAR

Aprel 17, 2026
Bu kollecə yeni direktor təyin edildi - FOTO

Bu kollecə yeni direktor təyin edildi - FOTO

Aprel 17, 2026
Prezident həmkarı ilə görüşdü - FOTOLAR

Prezident həmkarı ilə görüşdü - FOTOLAR

Aprel 17, 2026
Əliyevlə Şaraa görüşdü - FOTOLAR

Əliyevlə Şaraa görüşdü - FOTOLAR

Aprel 17, 2026
Fatimə metro qatarında rəqs etdi - VİDEO

Fatimə metro qatarında rəqs etdi - VİDEO

Aprel 17, 2026
Bu ərazilərdə işıq olmayacaq

Biləcəri sakinlərinin nəzərinə!

Aprel 17, 2026
Rusiya-Ukrayna müharibəsində daha 11 həmyerlimiz həlak oldu - ADLAR

Rusiya-Ukrayna müharibəsində daha 11 həmyerlimiz həlak oldu - ADLAR

Aprel 17, 2026
Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır - VİDEO

Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır - VİDEO

Aprel 17, 2026
196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO

196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO

Aprel 17, 2026
Bakıda ağacları kim kəsib? - VİDEO

Bakıda ağacları kim kəsib? - VİDEO

Aprel 17, 2026
“5-ci və 6-cı siniflər hazır dursa, işim daha asan olar” – Qatilin dəhşətli mesajları

“5-ci və 6-cı siniflər hazır dursa, işim daha asan olar” – Qatilin dəhşətli mesajları

Aprel 17, 2026
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq

Aprel 16, 2026
Cəlilabadda sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə növbəti görüş keçirildi - FOTOLAR

Cəlilabadda sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə növbəti görüş keçirildi - FOTOLAR

Aprel 16, 2026
77 min ilkin ödəniş, qalan hissə-hissə... - Şahiddən etiraf

77 min ilkin ödəniş, qalan hissə-hissə... - Şahiddən etiraf

Aprel 16, 2026
10 nəfəri öldürən İsanın poliqondakı görüntüləri yayıldı - VİDEO

10 nəfəri öldürən İsanın poliqondakı görüntüləri yayıldı - VİDEO

Aprel 16, 2026
Prezident Ərdoğana başsağlığı verdi

Prezident Ərdoğana başsağlığı verdi

Aprel 16, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

İlham Əliyevdən deputatla bağlı sərəncam

Aprel 16, 2026
Prezident xanımı ilə Türkiyədədir - FOTOLAR 

Prezident xanımı ilə Türkiyədədir - FOTOLAR

 

Aprel 16, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.