Cümə, Fevral 27, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Manşet

Prezident ailəsi ilə onlara qonaq getdi - FOTOLAR

25 Fevral, 26 / 20:42
A A
Prezident ailəsi ilə onlara qonaq getdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

Mecra.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma şəhərdə görülmüş işlər barədə məlumat verildi.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd şəhərində Dövlət Bayrağımızı ucaldıb.

Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir.

Prezident İlham Əliyevə Xocavənd şəhərində əsaslı təmirdən sonra istifadəyə verilmiş fərdi evlər barədə məlumat verildi.

Xocavənddə 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə – 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə – Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər – 355 ailə qayıdıb.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində oldular və söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Mehriban xanım, bizə şərəfdir ki, evimizə təşrif buyurmusunuz.

Kişi sakin: Fəxr edirəm ki, Sizin komandanlığınız altında döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Füzuli və Xocavənd… Buranı azad etmisən?

Kişi sakin: Hazırda da Müdafiə Nazirliyində hərbi xidmətimi davam edirəm.

Qadın sakin: Xoş gəlmisiniz. Bizim üçün şərəfdir ki, bu gün Siz bizim evimizdəsiniz. Yəni böyük gündür, həqiqətən. Həmişə danışırdım, deyirdim, Xocavəndi o qədər həsrətlə gözləyirəm, orada yaşamağı çox həsrətlə istəyirəm. İndi çox şadam ki, mənim övladlarım burada böyüyəcəklər.

Prezident İlham Əliyev: İnşallah. Çox gözəl. Şərait də yaxşıdır. Eviniz necədir?

Kişi sakin: Minnətdarıq. Çox gözəldir, Ali Baş Komandan.

Prezident İlham Əliyev: Sən özün harada doğulmusan?

Kişi sakin: Xocavənd rayonunun Axullu kəndində.

Prezident İlham Əliyev: Axullu. Uzaqdır buradan?

Kişi sakin: Xeyr, buradan çox uzaq deyil.

Digər qadın sakin: Xoş gəlmisiniz. Nə böyük şərəf.

Kişi sakin: Anamdır. İsti çörəyimiz var, təzə.

Digər qadın sakin: Xoş gəlmisiniz, Mehriban xanım, bizi şərəfləndirdiniz.

Birinci xanım Mehriban Əliyeva: Allah sizə cansağlığı versin.

Digər qadın sakin: Allah Sizi də saxlasın. Sizin sayənizdə öz torpaqlarımıza qayıtmışıq, minnətdarıq.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Digər qadın sakin: Biz də Sizi təbrik edirik, çox sağ olun. Nəvələrim burada böyüyəcək, ən böyük şərəfdir. Xoş gəlmisiniz Siz də.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: İşğal dövründə Xəzər rayonunun Buzovna qəsəbəsində qaçqınlar üçün salınmış düşərgədə.

Prezident İlham Əliyev: Bakıda, Buzovnadakı düşərgədə?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Sən də orada doğulmuşdun?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır, təşəkkür edirik Sizə.

Prezident İlham Əliyev: Siz də dadına baxın, təndir çörəyidir.

Qadın sakin: Nuş edin, nuş olsun.

Prezident İlham Əliyev: Sən də hərbi hissədə xidmət edirsən?

Kişi sakin: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Siz nə işlə məşğul olursunuz?

Qadın sakin: Mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm.

Digər qadın sakin: Mehriban xanım, gəlişinizdən çox şərəf duyuram.

Birinci xanım Mehriban Əliyeva: Mən də çox xoşbəxtəm sizi görməyimə.

Digər qadın sakin: Biz də çox xoşbəxtik Sizi görməyə.

Prezident İlham Əliyev: Əsas odur ki, doğma Qarabağ torpağındasınız.

Qadın sakin: Əsas odur ki, bu gün bu azadlığı yaşayırıq, bu müstəqilliyi yaşayırıq. Qalan şeylər hamısı düzələcək. Təmirdir, məktəbdir – hamısı olacaq, bəli.

Digər qadın sakin: Allah canınızı sağ eləsin.

Kişi sakin: Düşməni də qovmuşuq.

Digər qadın sakin: Allah canınızı sağ eləsin. Sizin sayənizdə.

Prezident İlham Əliyev: Düzdür, qovmuşuq.

Qadın sakin: Amin. Allah Sizi qorusun, xalqımıza çox görməsin. Həmişə sülh olsun, əmin-amanlıq olsun.

Prezident İlham Əliyev: Bundan sonra sülh olacaq.

Digər qadın sakin: Allah ömür versin Sizə.

Qadın sakin: Bizim eşitdiyimiz o bomba səsini, güllə səsini bu uşaqlar bir daha eşitməsinlər.

Prezident İlham Əliyev: Eşitməyəcəklər.

Kişi sakin: Ali Baş Komandanımız onlara elə bir dərs verdi ki, onlar bir daha ayağa qalxan deyillər.

Prezident İlham Əliyev: Bu, şanlı tariximizdir. Əlbəttə, Zəfər tarixi qürur mənbəyimizdir. Elə igidlər hesabına biz torpaqlarımızı azad etdik.

Kişi sakin: Sizin sayənizdə, “dəmir yumruğ”un sayəsində.

Qadın sakin: Mən daha çox qürurluyam. Çünki həm hərbçi bacısıyam, həm də şəhid bacısıyam.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Həm də həyat yoldaşım hərbçidir.

Prezident İlham Əliyev: Xocavəndin, Füzulinin azad olunmasında iştirak edib və yüksək təltiflərlə də mükafatlandırılıb.

Qadın sakin: Bəli, Sizin imzanızla. Çox sağ olun.

Prezident İlham Əliyev: İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik.

Qadın sakin: Sayənizdə, cənab Prezident. Bunların hamısı sayənizdə oldu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

***

Sonra xatirə şəkilləri çəkdirildi.

***

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, sağ olun.

Qadın sakin: Evimizə qonaq olun. Çox sağ olun, cənab Prezident. Şərəfdir bizim üçün.

 







 
Əvvəlki yazı

İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR

Növbəti yazı

Səkkizinci günün duası - İmsak və iftar vaxtı

XƏBƏR LENTİ

Cəlilabad sakinini Bakıda maşın vurub öldürdü

Cəlilabad sakinini Bakıda maşın vurub öldürdü

Fevral 27, 2026
Səkkizinci günün duası - İmsak və iftar vaxtı

Doqquzuncu günün duası - İmsak və iftar vaxtı

Fevral 26, 2026
"25-dən 26-na keçməyən gecə" təqdim olundu - FOTOLAR

"25-dən 26-na keçməyən gecə" təqdim olundu - FOTOLAR

Fevral 26, 2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi - FOTOLAR

İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi - FOTOLAR

Fevral 26, 2026
Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLAR

Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLAR

Fevral 26, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Sabah yağış yağacaq

Fevral 26, 2026
Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Fevral 26, 2026
Vasif Əlihüseynin şeirləri - Vaqif Yusifli yazır...

Vasif Əlihüseynin şeirləri - Vaqif Yusifli yazır...

Fevral 26, 2026
"Qardaşım qucağında körpəsi ilə şəhid oldu" - 11 doğmasını itirən Xocalı sakini

"Qardaşım qucağında körpəsi ilə şəhid oldu" - 11 doğmasını itirən Xocalı sakini

Fevral 26, 2026
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - FOTO

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - FOTO

Fevral 26, 2026
Xocalı soyqırımından 34 il keçir

Xocalı soyqırımından 34 il keçir

Fevral 26, 2026
"And içirik, Tanrı canı..." - Xocalı 34

"And içirik, Tanrı canı..." - Xocalı 34

Fevral 26, 2026
"Dadına baxın, təndir çörəyidir" - İlham Əliyev

"Dadına baxın, təndir çörəyidir" - İlham Əliyev

Fevral 25, 2026
Səkkizinci günün duası - İmsak və iftar vaxtı

Səkkizinci günün duası - İmsak və iftar vaxtı

Fevral 25, 2026
Prezident ailəsi ilə onlara qonaq getdi - FOTOLAR

Prezident ailəsi ilə onlara qonaq getdi - FOTOLAR

Fevral 25, 2026
İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR

İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR

Fevral 25, 2026
Azərbaycanda icra hakimiyyətinin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

Azərbaycanda icra hakimiyyətinin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

Fevral 25, 2026
Şeyxin oğlu vəzifəsindən azad edildi

Şeyxin oğlu vəzifəsindən azad edildi

Fevral 25, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Sosial ödənişlərin verilməsi bu tarixdə yekunlaşacaq

Fevral 25, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Sabah hava necə keçəcək?

Fevral 25, 2026
Prezident Lənkərana getdi - FOTOLAR

Prezident Lənkərana getdi - FOTOLAR

Fevral 25, 2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevral 25, 2026
Prezidentdən Küveyt Əmrinə təbrik

Prezidentdən Küveyt Əmrinə təbrik

Fevral 25, 2026
Sabah Bakıda bu yollar bağlanacaq

Sabah Bakıda bu yollar bağlanacaq

Fevral 25, 2026
52 yaşlı vəzifəli şəxs vəfat etdi - FOTO

52 yaşlı vəzifəli şəxs vəfat etdi - FOTO

Fevral 25, 2026
25-dən 26-na keçməyən gecə - yaddaşlarda yaşayan faciə

"25-dən 26-na keçməyən gecə" təqdim olunacaq

Fevral 24, 2026
İcraçı Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu

İcraçı Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu

Fevral 24, 2026
Ramazan ayı bu tarixdə başlayır - İlk günün imsak və iftar vaxtı

Yedinci günün duası - İmsak və iftar vaxtı

Fevral 24, 2026
İcra başçısı bu kəndə yollanıb sakinlərin problemini dinlədi - FOTOLAR

İcra başçısı bu kəndə yollanıb sakinlərin problemini dinlədi - FOTOLAR

Fevral 24, 2026
Cəlilabadda 26 yaşlı qadın itkin düşdü - FOTO

Cəlilabadda 26 yaşlı qadın itkin düşdü - FOTO

Fevral 24, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.