Cəlilabadda yaşayan tanınmış şair Əlirza Həsrət şəhər bələdiyyəsinin uğurlu fəaliyyətinə görə onlara şeir yazıb.
Mecra.az-ın məlumatına görə, şair bildirib ki, “küçəmizə qum tökülür, qır yayıldıqca, yük maşınlarının səsi simfoniya kimi könlünü riqqətə gətirmişdi.
Hardan baxsan,tamaşadır,
Küçəmizin asfalt yolu.
Boyanıb zəhmət nuruna,
Küçəmizin asfalt yolu.
Nə gözəl çağlayır ürək,
Xoşdur belə ömür sürək.
Bərəkətli olsun gərək,
Küçəmizin asfalt yolu.
Düzəlib tərəzi-mizan,
Saz götürüb gəlsin ozan.
Uzan,haqq yolusan,uzan,
Küçəmizin asfalt yolu.
Mişarçaydan su ver içək,
Xəyalımız olub gerçək.
Bizə fərəh gətirəcək,
Küçəmizin asfalt yolu.
Gur işıqlar laləmdir?
Hər iz bir eşq aləmdir.
Əsl şair qələmidir,
Küçəmizin asfalt yolu.
Yaşa,yarat Bələdiyyə,
Yol aç hər dağa,gədiyə.
Sizdən bizə bir hədiyyə,
Küçəmizin asfalt yolu.
































