Bazar, Aprel 26, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Ədəbiyyat

İşığın da, qazın da, suyun da pul yazdığı evdə... - Salam Sarvanın şeirləri

25 Aprel, 26 / 23:08
A A
İşığın da, qazın da, suyun da pul yazdığı evdə... - Salam Sarvanın şeirləri

Mecra.az Salam Sarvanın yeni şeirlərini təqdim edir.

MƏĞZ

Narahat olma yəni:
sevginin gözlərdən oxunuşunda buraxılan səhvlər
düzələcək bədənlərin toxunuşunda.

Narahat olma yəni:
onsuz da sevgi adamları yaxınlaşdırmır,
sadəcə, dəqiqləşdirir aradakı məsafəni.

BAMBAŞQA QADIN

Öz saçlarının ağardığına görə
buludları boyamaq istəyirsən.
Öz köynəyinin köhnəldiyinə görə
dəyişmək istəyirsən ağacların qabığını.

Alın yazın ehtimalların hamısı şəklində…
Qaydanı səhv çıxaran istisnasan sən.
Elə hey titrəyirsən: sanki
qəlbinin hər döyüntüsündən diksinirsən.

Özünlə müharibədə olduğunçün tənhasan:
axı belə döyüşlərdə cinah olmur.
Amma… amma sən hələ də gözəlsən:
gözəldə günah olmur.

Upuzun bir hüzn kimi keçirsən küçədən:
qəddinə-vücuduna heyrət.
Yaralı-yaralı çırpınan halında
bədən dilinin sükutuna heyrət.

Elə hey qapamaq istəyirsən gözünü,
amma intihar alınmır səndə:
çünki hər dəfə özünü öldürmək istəyəndə
artıq ölmüş sanırsan özünü.

XƏSTƏXANA ŞEİRİ

Əbədiyyət və Fanilik
qum saatındakı qədəhləri toqquşdurur:
bunu da içək Adəmin almadakı diş yerinə bənzəyən
dərin yaraların sağlığına.

Kimsə də düşünür:
cəhənnəmdə məni gözləyən cəzanın
günahını törətməyə çatacaqmı ömür?

AGENTİN ETİRAFI

Yol qırağındakı ağacların vətəni Qıraqdırsa…
Hətta peyin qurdunun da vətəni vardırsa…

Sadəcə düşünməlisən:
dünən sularda boğulan adamlar
dənizin dibinə çatdılarmı görəsən?

TƏRƏDDÜD

Bilmirəm nə deyim:
bilmirəm müharibələr yaşamağın məşqidi,
yoxsa ölməyin.

Və bir də tərəddüdün beləsi:
bilmirəm sənə sevgimi hansı sözlə bildirim,
verəcəyin əzabı ifadə eləsin.

DAVAMSIZLIQ

Səninlə aramızda nələr olubsa,
heç birinin davamı vacib deyildi:
cümlənin yaddan çıxan hissəsini
suflyor pıçıldamamalıydı aktyora.

Çünki yer çox dardı:
əslində, ağzınacan doldurulmuş qədəhlərimizin
bircə qurtumluq həcmi vardı.

Çünki vaxt çox dardı:
topu itirən futbolçunun macalı olmur
bu ayrılığın əzabını yaşamağa.

ÇIXILMAZLIQ

Öz yurdunun adamları içində boğulursan, boğulursan,
bir gün boğaza yığılırsan…
Qlobusu tale çarxı kimi fırladaraq
bəxtəbəxt bir ölkə seçmək istəyirsən getməyə:
hər dəfə bir okean dayanır burnunun ucunda.

ALMA

Bizə göz verəndə göz vurmuşdun.
Bizə dil verəndə dil çıxartmışdın.
Bizə əl verəndə əl eləmişdin…

Bizə istedad verəndə yasaq eləmişdin
şeirimizdəki “alma” sözünü dişləməyi.

QOŞA SUAL

İşığın da, qazın da, suyun da pul yazdığı evdə
oturub şeir yazan şair düşünürdü:
görəsən neçə işarədən anlar məni arif oxucu?

Sevdiyinə ismarıc yazan oxucu düşünürdü:
görəsən niyə yazıram bu məktubu –
səbəbi necə silim yollamazdan qabaq?

Əvvəlki yazı

Bizə nə yurd versin, nə yuva Allah... - Qulu Ağsəsin şeirləri

XƏBƏR LENTİ

İşığın da, qazın da, suyun da pul yazdığı evdə... - Salam Sarvanın şeirləri

İşığın da, qazın da, suyun da pul yazdığı evdə... - Salam Sarvanın şeirləri

Aprel 25, 2026
Poeziyamızın AĞ SƏSİ

Bizə nə yurd versin, nə yuva Allah... - Qulu Ağsəsin şeirləri

Aprel 25, 2026
10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır - VİDEO

10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır - VİDEO

Aprel 25, 2026
Zaur Kamal yenidən efirə qayıdır - FOTO

Zaur Kamal yenidən efirə qayıdır - FOTO

Aprel 25, 2026
Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO

Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO

Aprel 25, 2026
Prezidentin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO

Prezidentin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO

Aprel 25, 2026
Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - FOTOLAR

Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - FOTOLAR

Aprel 25, 2026
"Bu gün 6 sənəd imzaladıq" - Zelenski

"Bu gün 6 sənəd imzaladıq" - Zelenski

Aprel 25, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Yağış yağacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq

Aprel 25, 2026
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR - VİDEO

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR - VİDEO

Aprel 25, 2026
Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi

Aprel 25, 2026
Sabah hava necə keçəcək? - Proqnoz

Sabahın havası açıqlandı

Aprel 25, 2026
“Dövlətimə olan sevgim hər zaman mənə yol göstərib”

“Dövlətimə olan sevgim hər zaman mənə yol göstərib”

Aprel 25, 2026
Zelenski Azərbaycandadır - Prezident Qəbədələ qarşıladı - FOTOLAR

Zelenski Azərbaycandadır - Prezident Qəbədələ qarşıladı - FOTOLAR

Aprel 25, 2026
Ağcabədidə ağır qəza, ata və övladları yaralandı - FOTOLAR

Ağcabədidə ağır qəza, ata və övladları yaralandı - FOTOLAR

Aprel 25, 2026
"İmperator"un sərvəti bəlli oldu

"İmperator"un sərvəti bəlli oldu

Aprel 25, 2026
Cəlilabadda valideyn konfransı keçirildi - FOTOLAR

Cəlilabadda valideyn konfransı keçirildi - FOTOLAR

Aprel 25, 2026
"Müdiri deyib ki, gəlməsən, səni işdən..." - Faciəvi şəkildə ölən fəhlənin qardaşı - VİDEO

"Müdiri deyib ki, gəlməsən, səni işdən..." - Faciəvi şəkildə ölən fəhlənin qardaşı - VİDEO

Aprel 24, 2026
Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Aprel 24, 2026
Cəlilabadlı şagirdlər fənn olimpiadasında qızıl medal qazandılar - FOTOLAR

Cəlilabadlı şagirdlər fənn olimpiadasında qızıl medal qazandılar - FOTOLAR

Aprel 24, 2026
TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

Aprel 24, 2026
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Aprel 24, 2026
Əli Əsədov müəllimlərlə bağlı qərar imzaladı

Əli Əsədov müəllimlərlə bağlı qərar imzaladı

Aprel 24, 2026
Azərbaycanda vəhşi heyvanlar sakinlərə hücum etdi - Xəsarət alanlar var - FOTO

Azərbaycanda vəhşi heyvanlar sakinlərə hücum etdi - Xəsarət alanlar var - FOTO

Aprel 24, 2026
Rafiq Cəlilov növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

Rafiq Cəlilov növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

Aprel 24, 2026
Bakı-Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - Sürücülər narazıdır - VİDEO

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Aprel 24, 2026
Prezident Ərdoğana başsağlığı verdi

İlham Əliyev ona vəzifə verdi

Aprel 24, 2026
Sabah hava necə olacaq?

Sabahın havası açıqlandı

Aprel 24, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Bu şəxslərə birdəfəlik 2750 manat maddi yardım veriləcək - SƏRƏNCAM

Aprel 24, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident sərəncam imzaladı

Aprel 24, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.