Cəlilabad rayon İcra Hakmiyyətinin başçısı Rafiq Cəlilov xəstəlikdən vəfat edən qazi Elçin Telman oğlu Qurbanovun yas mərasiminə qatılıb.
Mecra.az xəbər verir ki, icra başçısı Rafiq Cəlilov və vəzifəli şəxslər rayonun Ocaqlı kəndində yas mərasimində E.Qurbanovun atası Telman Qurbanovla görüşüb, ona başsağlığı veriblər. R.Cəlilov mərhumun ailəsinin qayğıları ilə maraqlanıb. T.Qurbanov göstərilən diqqət və qayğıya görə, öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Elçin Qurbanov Türkiyədə müalicə olunduğu xəstəxanada xərçəngdən vəfat edib. O, 21 aprel 1994-cü ildə Cəlilabadın Ocaqlı kəndində doğulub. O, Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatlarının iştirakçısıdır.
Allah rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN
































