Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həlak olublar.
Mecra.az“Qaynarinfo”ya istinadən xəbər verir ki, dünyasını dəyişənlərdən biri Emil Quliyev Hacıqabul rayonun Axtaçı-Şirvan kəndindəndir.
Bir müddət əvvəl hərbi xidmətdən gələn Emil Quliyev bir neçə gün öncə işləmək üçün Bakıya gəlib və Binəqədi rayonunun Biləcəri qəsəbəsində “Lake Hotel” restoranına ofisiant kimi işə düzəlibmiş.





























