Tədris ilinin əvvəlində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən IV, VI və IX siniflərdə keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələri, həmçinin Keyfiyyət Fəaliyyəti Planı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə müzakirə edilib.
Mecra.az xəbər verir ki, müzakirələr zamanı diaqnostik imtahanların nəticələrinin məktəblərdə kollektivin iştirakı ilə geniş təhlil edilməsi, nəticələr əsasında məktəblərin hədəflərinin müəyyən edilməsi, nəticələri kəskin aşağı olan şagirdləri müəyyən edərək onlarla fərdi qaydada məşğələlərin təşkil edilməsi, şagirdlərin dərsə davamiyyətinin təmin edilmısi və məktəblərdə dərslərin keyfiyyətli dərsdinilməsinin təmin edilməsi barədə tövsiyələr verildi. Həmçinin yaxın günlərdə nəticələrin fənn müəllimlərinin iştirakı ilə geniş müzakirə edilməsi üçün RTS tərəfindən müəyyən edilmiş qrafik iştirakçılara elan edildi. Bundan əlavə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş Keyfiyyət Fəaliyyəti Planı barədə fikir mübadiləsi aparılaraq, Faəliyyət Planının icrası ilə bağlı müvafiq tapşırıqlar verildi. Görüş maraqlı müzakirə, təklif və təhlillərlə davam etdirildi.
Vasif ƏLİHÜSEYN



































