Cəlilabadlı gəncdən böyük uğur.
Mecra.az xəbər verir ki, Nağıyev Əli Musa oğlu magistr pilləsi üzrə dünyanın TOP universitetlərindən biri – Qlobal reytinqdə 2-ci yerdə qərarlaşan İmperial College London (Böyük Britaniya) Universitetinə qəbul olunub.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü Əli Nağıyev orta məktəbi Cəlilabad şəhər 8 nömrəli ümumtəhsil məktəbində bitirib. Bakalavr təhsilini əvvəl Ku Leuven, yüksək nəticələrinə görə isə hal-hazırda dünya üzrə 25-ci yerdə olan, nüfuzlu Edinburq Universitetində davam etdirir.
Bu uğur həm ailəsinin, həm Cəlilabadın, həm də ölkəmizin qürurudur. Gəncimizə təhsil yolunda yeni zirvələr və böyük nailiyyətlər arzulayırıq!
Elçin






























