Cəlilabadda məktəbəqədər təhsil müəssisələrinə yeni təyin edilmiş tərbiyəçi-müəllimlərlə görüş keçirilib.
Mecra.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 17-18 noyabr 2025-ci il tarixlərində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində uğur qazanaraq vakant yerlərə təyin olunmuş tərbiyəçi-müəllimlərlə görüş təşkil edildi.
Görüş zamanı məktəbəqədər təhsilin keyfiyyətinin artırılması, təlim-tərbiyə prosesində peşəkar yanaşma və uşaqların inkişafına yönəlmiş fəaliyyətlərin əhəmiyyəti vurğulanaraq, ilk dəfə əmək fəaliyyətinə başlayacaq tərbiyəçi-müəllimlərə uğurlar arzulanıb.
Məlumat üçün bildiririk ki, Cəlilabad rayonu üzrə məktəbəqədər təhsil müəssisələrində beş vakant yerə tərbiyəçi-müəllim təyin edilib.
Görüşdən sonra Cəlilabad şəhər 8 nömrəli uşaq bağçasında yeni fəaliyyətə başlamış qrupla tanışlıq oldu.






























