Cəlilabad rayonunda birinci Qarabağ savaşı zamanı itkin düşən şəhid Hilal Dövlət oğlu Hüseynovun mövlud günü münasibəti ilə tədbir keçirilib.
Mecra.az xəbər verir ki, tədbir Muğan kənd orta məktəbində baş tutub.
Tədbirdə şəhid ailələri, qazilər, müəllimlər, kənd sakinləri iştirak ediblər. Məktəblilər isə səhnəciklərlə çıxış ediblər. Tədbirdən sonra ehsan süfrəsi təşkil olunub.
Qeyd edək ki, Hilal Hüseynov 24 noyabr 1971-ci ildə Cəlilabad rayon Muğan kəndində anadan olub. O, 1993-cü ildə Rusiyanın Maqadan şəhərində hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdaraq könüllü Qarabağ müharibəsinə yollanıb. Murovdağ və Horadiz istiqamətində döyüşüb. Murovda 10 gündən çox mühasirədə qalıblar. Mühasirəni yarıb çıxmaq üçün şiddətli döyüşlər başlayıb və döyüş yoldaşları xilas olsa da, təəssüf ki, Hilal yaralanaraq döyüş meydanında qalıb. Ailəsi 1994-cü il yanvarın 4-də onun itkin xəbərini alıb. Axtarışlar isə heç bir nəticə verməyib. 2001-ci ildə Cəlilabad rayon Məhkəməsində Hilalın itkin düşməsi ilə bağlı qara kağızı ailəsinə təhvil verilib.
Qeyd edək ki, şəhidin qardaşı oğlu Ramazan Həmdulla oğlu Hüseynzadə isə 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı Xocalıda şəhid olub.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN

































