2024/2025-ci tədris ilində aparılmış monitorinq və qiymətləndirmə, eyni zamanda buraxılış imtahanlarının nəticələrinin müzakirəsi keçirilib.
Mecra.az xəbər verir ki, bu gün Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının, qrafik üzrə bir qrup ümumtəhsil məktəblərinin direktor, müavin və fənn müəllimlərinin iştirakı ilə 2024/2025- ci tədria ilində ümumtəhsil məktəblərinin 4 və 6-cı siniflərində Azərbaycan Respublikası Elm vənTəhsil Nazirliyi tərəfindən aparılan monitorinqlərin, 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri, həmçinin cari tədris ilində 4, 6 və 9-cu siniflər üzrə keçirilmiş diaqnostik qiymətləndirmələrin nəticələri geniş müzakirə edilib.
Görüşdə nəticələrin təhlili, mövcud çətinliklər, şagird nailiyyətlərinin artırılması, tədris prosesində effektiv metodların tətbiqi və növbəti mərhələdə görüləcək işlər barədə fikir mübadiləsi aparılaraq, məktəb direktorlarının hesabatları dinlənilib.
Müzakirənin əsas məqsədi əldə olunan nəticələr əsasında tədrisin keyfiyyətinin artırılması, şagirdlərin bilik və bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlərin daha da təkmilləşdirilməsi idi.
Cəlilabad rayonu üzrə təhsil sektoru tərəfindən rayonun digər ümumtəhsil məktəblərinin fənn müəllimlərinin iştirakı ilə müzakirələr davam etdiriləcəkdir.






























